Kargo şirkəti nədir?

Kargo şirkəti, müəyyən məhsulların müəyyən ünvandan (məsələn, mağazadan), müəyyən ünvana (məsələn, təhvil məntəqəsinə) çatdırılmasını həyata keçirən hüquqi şəxslərdir. Bu çatdırılmalar ölkədaxili və ya beynəlxalq ola bilər. Azərbaycanda son vaxtlar kargo şirkəti dedikdə, ağla ilk gələn Türkiyədən, Amerikadan və digər ölkələrdən Azərbaycana məhsulların daşınmasını həyata keçirən şirkətlərdir.

Kargo şirkəti dedikdə Fex Cargo ilk ağla gələn şirkətlərdəndir. Daha çox insanın Fex-i seçməyinin əsas səbəbləri keyfiyyətli xidmət, innovasiyaların tətbiqi və sevindirən kampaniyaları və müsabiqələridir. Bundan əlavə “Həvalə et” xidməti vasitəsilə istifadəçilənin məhsullarını tam ödənişsiz olaraq sığortalayır. Əgər, məhsul yolda zərər görərsə və ya satıcı mağaza yararsız məhsul yollayarsa, Fex məhsulun ödənişini tam olaraq geri qaytarır. Maye məhsulların çatdırılması da, standart tariflə hesablanır. Siz maye məhsul kimi ətirləri və digər kosmetik məhsulları da sifariş edə bilərsiniz.

Fex məhsulun Türkiyə anbarına daxil olduğu andan Azərbaycana çatdırılması prosesinə cavabdehdir. Türkiyə daxili kargo müvafiq kargo şirkətinin məsuliyyətindədir. Online mağazalardan məhsul sifariş edərkən mütləq həmin məhsulu əldə edən müştərilərin rəylərini nəzərdən keçirin. Məhsulun keyfiyyətindən əlavə çatdırılma müddəti punktuna da diqqət edin. Çalışın “Hızlı Teslimat” yazılan məhsulları sifariş edin. Bu zaman Türkiyə daxili çatdırılma daha sürətli həyata keçirilər. Növbəti mərhələdə məhsulunuzu Smart Customs-da bəyan edin, vəssalam, sonrasında ürəyinizi buz kimi saxlayın. Fex.az sifarişinizi ən optimal müddətdə Azərbaycana çatdıracaq. Azərbaycana çatdırıldıqdan sonra istəsəniz filialımızdan təhvil alın, istəsəniz qapınıza qədər çatdırılma edək. Fex Cargoda sizin rahatlığınız üçün hər şey düşünülüb.

Giriş

Qeydiyyat

Əlaqə