“Smart Customs” tətbiqinin üstünlükləri

Hörmətli müştərilər, son dövrlərdə xaricdən onlayn sifariş edən müştərilərin sayının xeyli artmasını nəzərə alaraq “Smart Customs” tətbiqindən istifadənin sizə verdiyi üstünlüyü nəzərinizə çatdırmaq istərdik.

Belə ki, ay ərzində bütün bağlamalarınızı “Smart Customs” tətbiqində və ya e.customs.gov.az portalında bəyan etdikdə 300 dollar limitini keçən hissənin vergisini ödəyərək saxlanc haqqı olmadan, gömrük orqanlarına getmədən və ya broker xidmətindən istifadə etmədən bağlamalarınızı əldə etmək imkanına sahib olursunuz. Bunun üçün sadəcə göndərilən bütün bağlamalarınızı “Smart Customs”-da bəyan edərkən qeyd olunan vergi ödənişini edirsiniz və bizə məlumat verirsiniz. Qeyd edək ki, hər hansı bağlamanı bəyan etmədikdə tətbiqdə göstərilən limit aşımı, ödəniləcək vergi məbləği və realda qeydiyyata alınan məbləğ eyni olmur və bu uyğunsuzluq səbəbindən siz bu prosesi həyata keçirə bilmirsiniz.

Giriş

Qeydiyyat

Əlaqə