Qadağan edilmiş məhsullar

Qeyd olunan qadağan olunmuş məhsulların şirkətimiz tərəfindən daşınılması həyata keçirilmir.

  • Müxtəlif növ batareyalar, powerbank-lar.
  • Çılçıraq və çərçivə ( Qablaşdırılması düzgün olmadıqda )
  • Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika.
  • Partlayıcı, tezalışan və ya digər təhlükəli maddələr, eləcə də radioaktiv maddələr və onların hazırlanması texnologiyasına aid materiallar;
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;
  • Pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;
  • İnsan orqanları və (və ya) toxumaları, canlı heyvanlar;
  • Zəhərli, toksikoloji , bioloji və infeksion maddələr;
  • Civə, kimyəvi reaktivlər və turşular;
  • İnsanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar;
  • Öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə
  • Radioaktiv maddələr, odlu silah və onun döyüş sursatları.
  • Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat;
  • Narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;
  • Əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;
  • Tez xarab olan qida məhsulları;
  • Təyinat ölkəsinin idxalına qadağa qoyduğu mal və əşyalar;
  • Dövlət Arxiv Fondunun sənədləri, dövlət gerbi həkk olunmuş sənədlərin əsli və dövlət kəmiyyət vahidləri etalonları:
  • Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparılması, göndərilməsi, və ya alınmasına icazəsi olmayan zooloji kolleksiyalar, hissələri və heyvanlar aləmi obyektləri;
  • Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş nadir bitkilər, maral və cüyür buynuzları və ya qiymətli ağac cinsləri (qoz, şabalıd, cökə, palıd, fıstıq, dəmirağac);
  • Xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat, xammal şəklində olan qiymətli metallar və qiymətli daşlar;
  • Müvəqqəti sərgi, prezentasiya, beynəlxalq mədəniyyət tədbirlər istisna olmaqla, Azərbaycan Respublikasının Dövlət Siyahısına daxil olan milli mədəniyyət əmlakı sayılan obyektlər;
  • Azərbaycan Respublikasının dövlət qurumlarının operativ istintaq fəaliyyətinə aid informasiya sistemləri, sənədlər və arxivlər;

Giriş

Qeydiyyat

Əlaqə